Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 6,2 faiz artaraq 9 milyard 65 milyon 599 min dollar olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – iyul ayında, Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 3,4 faiz artaraq, 62 milyard 473 milyon 542 min dollar olub.
“Bu ilin iyul ayında Türkiyənin Avropa İttifaqı ölkələrindən idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalaraq 9 milyard 649 milyon 673 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Qeyd olunub ki, 2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Avropa İttifaqı ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 64 milyard 306 milyon 632 min dollar təşkil edib.
Məlumat üçün qeyd edək ki, bu ilin iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyar 315 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyul ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 13,8 faiz artaraq 22 milyard 510 milyon dollar, idxalı isə 7,8 faiz azalaraq 29 milyard 805 milyon dollar olub.
“Bu ilin yanvar – iyul ayında Türkiyənin xarici ticarət dövriyyəsi 347 milyard 414 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.