Son dəqiqə

Türkiyə Hakan Fidan

Türkiyə-Avropa İttifaqı əlaqələrini canlandırmaq hər kəsin xeyrinədir

Bakı, TurkicWorld

Türkiyə-Avropa İttifaqı əlaqələrini canlandırmaq hər kəsin xeyrinədir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında iştirakından sonra qiymətləndirmələr edib.

“Brüsseldəki görüş Aİ ilə münasibətlərimizin canlanması üçün vacibdir.” – deyə o qeyd edib.

Hakan Fidan bildirib ki, təxminən iki saat davam edən görüşdə Türkiyə-Aİ əlaqələrinin necə irəliyə götürülə biləcəyi, Türkiyə ilə Aİ arasında qlobal və regional məsələlərdə əməkdaşlığın necə inkişaf etdirə biləcəyi ətraflı müzakirə olunub.

“Bu gün demək olar ki, bütün Aİ həmkarlarım Türkiyə ilə strukturlaşdırılmış və müntəzəm dialoq və məsləhətləşmələrin bütün sahələrdə, xüsusilə də xarici siyasət, təhlükəsizlik və müdafiə siyasətlərində davam etməli olduğunu vurğuladılar.” – deyə Fidan qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər