Bakı, TurkicWorld
Şengen vizasına müraciət prosesindəki maneələri aradan qaldırmağa çalışırıq.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısında iştirakından sonra qiymətləndirmələr edib.
Fidan prioritet məsələlərdən birinin viza rejiminin liberallaşdırılması olduğunu qeyd edərək, 66 müvafiq meyarın yerinə yetirildiyini, qalan 6 meyarın da tamamlanması üçün aidiyyatı qurumlarla birlikdə çalışdıqlarını bildirib.
“Biz vizanın liberallaşdırılmasına nail olunana qədər vətəndaşlarımızın Şengen vizasına müraciət prosesində yaşadıqları çətinlikləri və maneələri aradan qaldırmaq üçün işimizi davam etdiririk.” – deyə o qeyd edib.
Fidan bildirib ki, biz çoxlu giriş və uzunmüddətli vizaların genişləndirilməsi üçün Aİ və üzv ölkələrlə əlaqələrimizi davam etdiririk.
Hafiz Rufizoğlu