Bakı,TurkicWorld
2023-cü ildə Avropa İttifaqının (Aİ) xərclərinin 11 faizi gender bərabərliyinin dəstəklənməsinə töhfə verib.
Dövlət xərcləri cinsindən asılı olmayaraq kişi və qadınlar arasında mövcud bərabərsizlikləri saxlaya, azalda və ya artıra bilər.
Gender büdcəsi vergi ödəyicilərinin pullarının Aİ-də qadınlara və qızlara mənfi təsir göstərən maneələri müəyyən edib aradan qaldıra bilməsi üçün ədalətli xərcləri təşviq etmək məqsədi daşıyır.
Avropa Komissiyasının sözçüsü kənd təsərrüfatı, infrastruktur və elmə əhəmiyyətli vəsait ayıran Aİ büdcəsinin gələn ilin iyun ayından etibarən əsaslı şəkildə nəzərdən keçiriləcəyini və gender məsələsinin növbəti yeddi il üçün planlarda əsas məsələlərdən biri sayılacağını bildirib.
Avropa Parlamentinin Qadın Hüquqları Komitəsinin sədri, ispaniyalı Lina Qalvez bildirib ki, gender büdcəsinin ən yüksək siyasi səviyyəyə qaldırılması qarşıdakı dövrdə ən mühüm çağırışlardan biri olacaq.
Ekspertlər Aİ-nin xərclərinin bərabərliyin dəstəklənməsində mühüm rol oynaya biləcəyini də qeyd ediblər.
Avropada qadınların maraqları üçün çalışan qeyri-hökumət təşkilatlarının çətir təşkilatı olan Avropa Qadın Lobbisinin (EWL) sözçüsü Mirta Baseloviç Gender əsaslı büdcənin bir sıra problemlərin həllinə töhfə olacağını deyib.
Avropa Gender Bərabərliyi İnstitutunun (EIGE) tədqiqatçısı Helena Morais, Gender büdcəsinin iqtisadi məna daşıdığını və uzunmüddətli perspektivdə gender bərabərliyinə nail olmaq üçün bir vasitə ola biləcəyini deyib.
EIGE araşdırmasına görə, gender bərabərliyinin həlli adambaşına düşən artımı 9,6 faizə qədər artıra və 2050-ci ilə qədər 10,5 milyona qədər əlavə iş yeri yarada bilər.
Avropa Komissiyasının son nəticələrinə görə, gender bərabərliyi bu günə qədər Aİ-nin 49 proqramından 13-nün, o cümlədən tələbə mübadiləsi proqramı Erasmus+, pandemiyadan sonrakı Bərpa və Dayanıqlılıq Fondu və bir sıra təşkilatıların əsas məqsədi olub.
EWL sözçüsü Mirta Baselovic bildirib ki, 2021-2027-ci illəri əhatə edən cari büdcə çərçivəsi bu məsələyə daha həssas olmaq üçün hazırlanıb.