Son dəqiqə

İsrail HƏMAS Türkiyə XİN

İsrail hakimiyyəti etdiklərindən utanmalıdır – Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrail hakimiyyəti etdiklərindən utanmalıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirliyinin sözçüsü Öncü Keçeli, İsrail xarici işlər nazirinin sosial mediada etdiyi paylaşımla bağlı açıqlama verib.

“Utanmalı olan, əksəriyyəti uşaq və qadın olmaqla 35 minə yaxın fələstinlini qətlə yetirən İsrail hakimiyyətidir” – deyə Keçeli bildirib.

O, İsrail hökuməti üzvlərinin gündəmi dəyişmək cəhdlərinin nəticə verməyəcəyini vurğulayıb.

Türkiyənin prioritetinin Fələstin dövləti quraraq Qəzzadakı qırğına son qoymaq və bölgədə daimi sülhün bərqərar olması olduğunu vurğulayan Keçeli, bu istiqamətdə işlərini davam etdirəcəklərini və İsrailin törətdiyi cinayətlərlə bağlı faktları dilə gətirəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz X sosial media platformasında prezident Rəcəb Tayyib Ərdoğan və HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyənin fotosunu paylaşaraq böhtan dolu şərhlər edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər