Türkiyə qlobal iqtisadiyyatın üzləşdiyi çətinliklərin uğurla öhdəsindən gəlib - Kacır

Türkiyə qlobal iqtisadiyyatın üzləşdiyi çətinliklərin uğurla öhdəsindən gəlib - Kacır

Bakı. TurkicWorld:

Türkiyə qlobal iqtisadiyyatın üzləşdiyi çətinliklərin uğurla öhdəsindən gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Ölkəmizin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı (Aİ) Yaşıl Sövdələşmə ilə 2030-cu ilə qədər istixana qazı emissiyalarını ən azı 55 faiz azaltmağı öhdəsinə götürdü və biz “Sərhəd Karbon Tənzimləmə Mexanizmi”ni həyata keçirdik. Tənzimləmə çərçivəsində 2026-cı ildən etibarən karbon emissiyalarında önə çıxan dəmir-polad, alüminium, gübrə, sement, hidrogen və elektrik enerjisi istehsalı sektorlarında idxalçı şirkətlərə sərhəd karbon mexanizmi tətbiq ediləcək. 2053 emissiya hədəflərimizə uyğun olaraq alüminium sektorunda emissiyaları 75 faiz, polad sektorunda 99 faiz, sement sektorunda 93 faiz, gübrə sektorunda isə sıfır emissiya azaltmağı hədəfləyirik. Ölkəmizin qlobal dəyər zəncirlərinə inteqrasiyasını gücləndirəcəyik. Beynəlxalq investisiyalarda payımızı artıracağıq”, - deyə o əlavə edib.

X: Lamanasadli01