Türkiyə silah ixracatında 11-ci yerə yüksəlib

Türkiyə silah ixracatında 11-ci yerə yüksəlib

Bakı. TurkicWorld:

2018-2022-ci illərdə qlobal əsas silah ixracatının 1,1%-ni reallaşdıraraq 12-ci yerdə olan Türkiyə 2019-2023-cü illərdə bu göstəricini 1,6%-ə yüksəldərək və 11-ci yerdə qərarlaşıb.

TurkicWorld bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdiyi araşdırmaya istinadən xəbər verir.

Araşdırma ilə bağlı öz rəsmi X sosial media hesabında paylaşım edən Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün bildirib ki, müdafiə və təhlükəsizlik texnologiyalarında beynəlxalq platformalarda Türkiyənin markasını gücləndirmək və bu sahədə lider və yol göstərən ölkə mövqeyinə çatmaq üçün var gücümüzlə çalışır və hədəflərimizə doğru möhkəm addımlar atılır.

X: Lamanasadli01