Türkiyəni öz döyüş təyyarəsini istehsal edə bilən ölkəyə çevirdik - Kacır

Türkiyəni öz döyüş təyyarəsini istehsal edə bilən ölkəyə çevirdik - Kacır

Bakı. TurkicWorld:

Türkiyəni öz döyüş təyyarəsini istehsal edə bilən ölkəyə çevirdik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

“22 ildir ki, güclü Türkiyəyə doğru möhkəm addımlar atarkən, tədqiqat və innovasiya ekosistemi, planlaşdırılan sənaye sahələri, sahibkarlıq mədəniyyəti və ixtisaslı insan resursları ilə ölkəmizi qlobal istehsal və innovasiya bazasına çevirdik. Biz birlikdə saysız-hesabsız layihələrə imza atmışıq və xəyallardan reallığa çevrilmiş saysız-hesabsız işlər görmüşük. İndi Türk Əsrini “Milli Texnologiya Hərəkatı” ilə taclandıraraq, tam müstəqil və firavan Türkiyə hədəfinə doğru addımlar atırıq. İnvestisiya, məşğulluq, istehsal və ixrac vasitəsilə inkişafa əsaslanan iqtisadi yanaşmamızdan güzəştə getmədən millətimizin rifahını yüksəltmək və dövlətimizi gücləndirmək üçün mübarizəmizi davam etdiririk”, - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin Aerokosmik Sənaye şirkəti (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş yəyyarəsi KAAN 21 fevral tarixində ilk uçuşunu həyata keçirib.

Döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk sınaq uçuşu 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

2023-cü il mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli Döyüş Təyyarəsi radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və qoşa mühərriklər, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir.

X: Lamanasadli01