Bakı. TurkicWorld:
Türkiyənin Qəzza əhalisi üçün göndərdiyi 1,2 ton ortez, protez və emalatxana materialından ibarət yardımı bu gün Misirə çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz rəsmi X sosial media hesabında paylaşım edib.
“Türkiyə Qəzzaya yardım etməyə davam edəcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.