Kahramanmaraşda yeni bir fabrik fəaliyyətə başlayacaq

Kahramanmaraşda yeni bir fabrik fəaliyyətə başlayacaq

Bakı. TurkicWorld:

“Əsrin fəlakəti” olan zəlzələdən böyük ziyan görən şəhərlər müdafiə sənayesi sərmayələrinin ünvanına çevrilib. Bir-birinin ardınca Türkiyənin nəhəng şirkətləri zəlzələdən zərər çəkmiş vilayətlərə sərmayə qoymağa başlayıb. Şəhərlərin iqtisadiyyatına milyardlarla lirə qatqı təmin edəcək obyektlərdən birincisi fevralın 22-də Kahramanmaraşda açılacaq.

TurkicWorld-un məlumatına görə, Əsrin Fəlakətindən sonrakı bir ildə ASELSAN, Türk Aerokosmik Sənayesi (TUSAŞ), ROKETSAN və HAVELSAN kimi müdafiə sənayesinin aparıcı şirkətləri bölgədə bir-birinin ardınca nəhəng obyektlər qurmağa başladılar. Fevralın 22-də zəlzələnin episentri olan Kahramanmaraşda ilk obyektin açılışı olacaq.

TUSAŞ tərəfindən qurulan və aviasiya sənayesi üçün tikinti kimyəviləri istehsal edəcək zavodda istehsala başlanılacaq. Məşğulluğa və sənaye istehsalının artmasına böyük töhfə verəcək bu obyektlərlə zəlzələ bölgələrinə cəmi 8 milyard lirə qatqı təmin ediləcək və ən az 2 min 500 nəfər üçün iş imkanları yaradılacaq. Zəlzələdən zərər çəkmiş əyalətlərin biznes nümayəndələri bu investisiyaların bölgə iqtisadiyyatının hərəkətverici qüvvəsi olacağını bildiriblər.

Fevralın 22-də açılışı olacaq fabrikdə, Türkiyənin müdafiə sənayesinin qüruru olan ANKA pilotsuz uçuş aparatı da daxil olmaqla bir çox təyyarənin hissələri istehsal ediləcək.

Kahramanmaraş Ticarət və Sənaye Palatası sədri Mustafa Buluntu, edilən sərmayələrlə şəhərin böyük bir çevrilmə içərisində olduğunu ifadə edib.

"Şəhərimizə edilən sərmayə bununla məhdudlaşmayacaq. Açılış günündə bunun 70 faizi şəhərin qabaqcıl sənayeçilərinə, 30 faizi isə TUSAŞ-a aiddir. 200 milyon dollar sərmayə ilə bir şirkət qurmaq üçün imza atacağıq. Artıq 100-ə yaxın şirkət tədarükçü olmaq üçün müraciət edib. Şəhərimiz sənaye klasterində əhəmiyyətli bir ünvan olacaq",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_