Son dəqiqə

İsrail Qəzza zolağı HÜDAPAR

İsrailin Paris 2024 Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmalıdır – HÜDA PAR

Bakı. TurkicWorld:

İsrailin Paris 2024 Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmalıdır.

TurkicWorld-un məlumatına görə, bu barədə HÜDA PAR Qaziantep millət vəkili Şehzade Demir deyib.

O, İsrailin Fransanın paytaxtı Parisdə keçiriləcək “Paris 2024 Olimpiya Oyunları”nda iştirakının Türkiyə və İslam ölkələri tərəfindən qarşısının alınmasını istəyib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər