Son dəqiqə

Türkiyə Alparslan Bayraktar

Türkiyə nadir mineralların tədqiqatı üzrə məsələdə bütün ölkələrlə əməkdaşlığa hazırdır - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyə nadir mineralların tədqiqatı üzrə məsələdə bütün ölkələrlə əməkdaşlığa hazırdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Enerji və Təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

"Son 20 ildə mədənçilik sahəsinə edilən investisiyalarla ixrac, hər il davamlı olaraq artır. Nadir mineralların tədqiqatı üzrə potensialı canlandırmaq üçün 2020-ci ildə Nadir Torpaq Elementləri Araşdırma İnstitutu quruldu və 2022-ci ildə isə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatı, Əskişəhərdə kəşf edildi",- deyə nazir bildirib.

Alparslan Bayraktar vurğulayıb ki, Əskişəhərdə ildə 570 min ton nadir torpaq elementi emal edəcək sənaye obyekti qurmağı hədəfləyirik. Afrika, Qərbi və Orta Asiya bölgələri başda olmaqla bütün ölkələrlə əməkdaşlığa hazırıq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər