Son dəqiqə

Türkiyə İran Rəcəb Tayyib Ərdoğan Hüseyn Əmir Abdullahian İbrahim Rəisi

Ərdoğan İrana başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana başsağlığı verib.

TurkicWorld xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.

"Təəssüf ki, helikopter qəzasında dünyasını dəyişdiyini öyrəndiyimiz dəyərli həmkarım, qardaşım və İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onunla eyni helikopterdə həyatını itirən İranın xarici işlər nazirinə və digərlərinə Allahdan rəhmət diləyirəm. Dost və qardaş İran xalqına və hökumətinə, xüsusən də İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneiyə, onun möhtərəm Rəhbərinin ailələrinə və vəfat edən digər insanlara dərin hüznlə başsağlığı verirəm. Türkiyə olaraq bu çətin və kədərli günlərdə həmişəki kimi qonşumuz İranın yanında olacağıq", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində doqquz nəfər həlak olub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər