Bakı. TurkicWorld:
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış Bayraktar Akıncı PUA İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin olduğu yerin təsbitini müvəffəqiyyətlə tamamlayıb və Türkiyəyə qayıdıb.
TurkicWorld xəbər verir ki, bu barədə Baykar şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabında paylaşım edib.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirildikdən sonra İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib.
İranın rəsmi dövlət agentliyi İRNA bu gün İbrahim Rəisi və onu müşayiət edən heyətin həlak olduğunu bildirib.