Bakı. TurkicWorld:
19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı çərçivəsində Gənc MÜSİAD Azərbaycan tərəfindən dəstəklənən və Azərbaycanda təhsil alan 3 min 500-ə yaxın Türkiyə Respublikası vətəndaşını təmsil edən Azərbaycan Universitetləri Türk Tələbələr Dərnəyinin (AZTÜRKBİR) təşkilatçılığı ilə şəhid Mübariz İbrahimov, Şəhid Ömər Halisdemir adına universitetlərarası futbol turnirinin final oyunu keçirilib.
TurkicWorld xəbər verir ki, turnirin finalı həm Türkiyə, həm də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən iki qəhrəman şəhidin xatirəsini yaşatmaq, gənclər arasında dostluq və qardaşlıq bağlarını möhkəmləndirmək məqsədilə təşkil olunub.
Turnirdəki komanda adları Qarabağın işğaldan azad edilmiş şəhərlərinin adları ilə adlandırılıb.
Finala yüksələn komanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Şuşa və Füzuli komandaları üz-üzə gəlib. Füzuli komandası turnirdə birinci, AZMİU-nun digər komandası Füzuli ikinci, Azərbaycan Texniki Universitetinin (AzTu) Laçın komandası isə üçüncü yeri qazanıb.
Bundan əlavə, turnirdə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan, MÜSİAD-ın Azərbaycan sədri Rəşad Cabirli və Gənc MÜSİAD-ın Azərbaycan rəhbəri Akif Başoğlu, Azərbaycan və Türkiyədən bir çox önəmli isimlər, eləcə də hər iki ölkədən tələbə klubları və idman həvəskarları iştirak edib.
Final matçından sonra iştirakçı Protokollar tərəfindən komandaya birinci, ikinci və üçüncü yerlərin kuboku və medalları təqdim olunub.