Son dəqiqə

MÜSİAD Azərbaycan Prezident Administrasiyası Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Türkiyə Gənclik və İdman Nazirliyi

Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 Bakıda keçiriləcək

BAKI, TurkicWorld, Nailə Babazadə

1 noyabr 2025-ci il saat 10:00-da (qeydiyyat – 09:00) Bakının “Fairmont Baku” otelinin Nizami zalında Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 təşkil olunacaq.

TurkicWorld xəbər verir ki, forum Gənc MÜSİAD-ın beynəlxalq fəaliyyətləri çərçivəsində keçirilir və tədbirə Türkiyə Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisi, Türkiyə Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) rəsmi tərəfdaşlıq edir.

Forumda Avrasiyanın müxtəlif ölkələrindən mindən çox gənc sahibkarın iştirakı gözlənilir. Proqram çərçivəsində B2B formatında işgüzar görüşlər, regional ticarət və investisiya imkanları, e-ticarət, startap ekosistemi, universitet–sənaye əlaqələri və texnologiya transferinə dair panel müzakirələri keçiriləcək.
Tədbirin əsas məqsədi gənc sahibkarların əməkdaşlıq imkanlarını genişləndirmək, yeni biznes əlaqələri yaratmaq və Avrasiya coğrafiyasında innovasiya yönümlü təşəbbüsləri dəstəkləməkdir.

Qeyd edək ki, AzərPress və TürkDünyası Media Platforması forumun media tərəfdaşıdır.

Mövzuya görə xəbərlər