Son dəqiqə

Rəşad Cabirli MÜSİAD Azərbaycan Bilim Azərbaycan Ahmet Köse innovativ təşəbbüslər

MÜSİAD Azərbaycan ilə Bilim Azərbaycan arasında əməkdaşlıq imkanları müzakirə olunub

BAKI,TurkicWorld, Orxan Qədirzadə

MÜSİAD Azərbaycan rəhbərliyi “Bilim Azərbaycan” Mərkəzinin direktoru Ahmet Köse ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, görüş çərçivəsində tərəflər təhsil və elm sahəsində əməkdaşlıq istiqamətləri, gənclər üçün innovativ təşəbbüslər, eləcə də birgə layihələrin icrası imkanlarını müzakirə ediblər.

MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirlinin bildirdiyinə görə, görüş tərəflər arasında əlaqələrin genişləndirilməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə xidmət edəcək.

Rəşad Cabirli Ahmet Köse-yə qonaqpərvərliyinə görə təşəkkür edib.

Mövzuya görə xəbərlər