İqlim dəyişikliyi üzrə hökumətlərarası panelin 60-cı sessiyası İstanbulda keçiriləcək - Ərdoğan

İqlim dəyişikliyi üzrə hökumətlərarası panelin 60-cı sessiyası İstanbulda keçiriləcək - Ərdoğan

Bakı. TurkicWorld:

İqlim dəyişikliyi üzrə hökumətlərarası panelin 60-cı sessiyası İstanbulda keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-də İqlim Sammitində çıxışı zamanı deyib.

R.T.Ərdoğan onu da bildirib ki, Türkiyə 2026-cı ildə keçiriləcək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına ev sahibliyi etmək üçün namizədliyini açıqlayıb.

"2053-cü ilə qədər xalis sıfır emissiya hədəfinə nail olmağı nəzərdə tuturuq. 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfimizi iki dəfə artırmışıq. Bu kontekstdə ilin sonuna qədər karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağını gözləyirik. Türkiyə bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış elektrik enerjisində payını 55 faizə çatdırıb. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 12-ci yerdəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı işinə başlayıb.

X: Lamanasadli01