Türkiyə XİN rəhbəri Londonda Qəzza ilə bağlı diplomatik görüşlər keçirib

Türkiyə XİN rəhbəri Londonda Qəzza ilə bağlı diplomatik görüşlər keçirib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndələri, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə Qəzza məsələsi barədə müzakirələr aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası tərəfindən Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslər göstərmək üçün təyin olunmuş nümayəndə heyəti bu gün Londonda olub. Hakan Fidan həmkarları ilə birlikdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb", - deyə məlumatda qeyd edilib.

Məlumat üçün bildirək ki,Hakan Fidan Londonda rəsmi səfərdədir.

X: Lamanasadli01