Bakı. TurkicWorld:
İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının bütün ölkələri İsraili beynəlxalq hüquqa riayət etməyə məcbur etməlidir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mən inanmıram ki, HƏMAS-ın, əlində olan mülki şəxslərə qarşı hər hansı mənfi davranışı olsun. İsrailin əlində isə çoxlu sayda fələstinli var. HƏMAS hazırda onları xilas etməyə çalışır. Qətərin də iştirakı ilə prosesdə yeni addım atılır. Düşünürəm ki, bu gün-sabah girovların dəyişdirilməsinə başlayacaqlar. Blokadanın yarılması təkcə bir-iki ölkənin deyil, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının bütün ölkələrinin atdığı addımlar və inkişaf etdirdiyi strategiyalarla mümkün olacaq. Mühasirəni yarmaq, sadəcə, Qəzzaya bir qədər yardım göndərməklə mümkün deyil. Bir çox iqtisadi, siyasi, diplomatik, sosioloji və mədəni elementlərdən istifadə edərək, atəşkəsi təmin etməli, Qəzzaya kifayət qədər yardım çatdırmalı və İsrail tərəfindən dağıdılan şəhəri yenidən qurmalıyıq",- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, biz İsraili beynəlxalq hüquqa riayət etməyə məcbur etməliyik və o, əməllərinə görə cavab verməlidir. Biz Fələstində baş verənləri, oradakı İsrail zülmünü layiqincə izah etməli, məzlum fələstinlilərin onilliklər ərzində yaşadıqlarını onların səsini eşitməyənlərə eşitdirməli, xalqın baxışlarını dəyişdirməli, onların beyinlərindəki blokadanı yarmalıyıq.
“Müsəlman öləndə problem yoxdur, xristian və ya yəhudi öləndə problem var” faşist yanaşmasını məhv edib, “ölən insandırsa, problem var” anlayışını formalaşdırmalıyıq. Biz dünyanı kor edən bütün blokadaları və Fələstinin tarixi sərhədlərini, oradakı insanların öz müqəddəratını təyinetmə hüququnu, mülkiyyət hüququnu, yaşamaq və azadlıqlarını əlindən alan sionistlərin və onların havadarlarının dilini məhv etməliyik. Yalnız belə halda daimi sülhə nail olmaq mümkündür",- deyə Ərdoğan əlavə edib.
Aytac Süleymanova
Twitter: a_alieva_