Bakı. TurkicWorld:
Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
"Xüsusilə Şərq-Qərb əlaqələrini yaxşılaşdırmaq üçün Mərkəzi Dəhlizin dəmir yolu əlaqəsi Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə təmin edilib. Bundan əlavə, Xəzər dənizini Türkiyə ilə birbaşa birləşdirəcək Zəngəzur dəhlizinin tikintisi üzrə işlər davam edir və regionumuzun sülh layihəsi kimi dəstəklənir”, - deyə o vurğulayıb.
Uraloğlu onu da qeyd edib ki, İnkişaf Yolu Layihəsi vasitəsilə Fars Körfəzi ilə Avropa və Asiya arasında əlaqə yaranacaq.