Son dəqiqə

Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır

Türkiyənin külək turbin markasını təqdim etməyi hədəfləyirik - Kacır

Bakı. TurkicWorld:

Türkiyənin külək enerjisi avadanlığı istehsalında mövcud mövqeyini daha da yüksəldəcək sənayemizlə birlikdə milli külək turbin markasını təqdim etməyi hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır 12-ci Türkiyə Külək Enerjisi Konqresində çıxışı zamanı deyib.

"2022-ci ildə 9 faiz artaraq 906 giqavata çatan dünya külək enerjisi gücünün 2030-cu ildə 2 teravata çatacağı gözlənilir. Külək enerjisindən qlobal miqyasda faydalanmaq, külək enerjisi potensialını ölkəmizin coğrafi mövqeyi və iqlim xüsusiyyətləri baxımından qiymətləndirmək, təmiz enerji layihələrinə sərmayə qoymaqla 2053-cü il üçün xalis sıfır emissiya hədəfimizə çatmaq, ölkəmizi tam müstəqil etmək üçün davamlı və bərpa olunan enerji layihələri ilə enerji sahəsində külək enerjisini, eləcə də digər yaşıl enerji texnologiyalarını tətbiq edirik. Ölkəmizi “regional külək enerjisi avadanlığı istehsalı bazası”na çevirmək üçün işlərimizi davam etdiririk və müxtəlif mexanizmlərlə külək enerjisi texnologiyaları sahəsində sahibkarlarımızı, tədqiqatçılarımızı, investorlarımızı və sənayeçilərimizi dəstəkləyirik", - deyə o əlavə edib.

Kacır onu da bildirib ki, Türkiyədə külək elektrik stansiyası investisiyaları üçün indiyə qədər cəmi 388 təşviq sənədi verilib və bu çərçivədə 233 milyard lirədən çox sabit investisiyaların qoyuluşuna dəstək verilib.

"2002-ci ildə Türkiyənin külək enerjisi sahəsində quraşdırılmış gücü cəmi 19 meqavat idi. İndi biz 12 giqavat külək enerjisi ilə dünyada 12-ci, Avropada isə 5-ci yerdəyik. Birlikdə inşa etdiyimiz 280 elektrik stansiyasında 4 mindən çox turbinlə 100 yerli və xarici sərmayədarla ölkəmizin elektrik ehtiyacının təxminən 10 faizini təmin edirik", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər