Son dəqiqə

Türkiyə Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır Tuva Cihangir Atasever

Türkiyənin ikinci astronavtı suborbital missiyada iştirak edəcək

Bakı, TurkicWorld:

Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever suborbital missiyada iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Astronavtımız Tuva Cihangir Ataseverin suborbital tədqiqat uçuşu 8 iyun 2024-cü ildə ABŞ-ın Nyu-Meksiko ştatındakı kosmik obyektdən baş tutacaq”, - deyə o vurğulayıb.

Kacır onu da qeyd edib ki, bu suborbital tədqiqat uçuşundan sonra Milli Kosmik Proqramımız çərçivəsində məqsədlərimizə çatmaq üçün işlərimizi davam etdirəcəyik.

"Beynəlxalq əməkdaşlığımızın təzahürü olaraq Action 3 Mission komandasındakı dörd astronavt iyunun əvvəlində ölkəmizdə səfərdə olacaq", - deyə Kacır bildirib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər