Bakı. TurkicWorld:
Türkiyənin Türksat 6A rabitə peykinin istehsal prosesləri başa çatıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.
"İyul ayında kosmosa göndərməyə hazırlaşdığımız milli rabitə peykimiz Türksat 6A-nın lokallaşma nisbəti 80%-i keçib. Türkiyə öz rabitə peykini istehsal edə biləcək 11 ölkədən biri olacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyənin yerli və milli peyki Türksat 6A 8 iyul tarixində kosmosa göndəriləcək.