Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Rumıniya

Rumıniya vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək

Bakı. TurkicWorld:

Rumıniya vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Baş naziri Marsel Çiolaku ilə birgə mətbuat konfransı zamanı deyib.

“Baş nazir olduğum müddətdə Rumıniya ilə münasibətlərimizi 2011-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. Bu gün hörmətli baş nazirlə imzaladığımız birgə bəyannamə ilə Türkiyə-Rumıniya yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılmasını təmin etdik.” – deyə Ərdoğan qeyd edib.

O bildirib ki, qarşılıqlı ticarət dövriyyəsi 2 il dalbadal 10 milyard dolları ötüb.

“Hədəfimiz 15 milyard dollara çatmaqdır. Biz bu istiqamətdə qəti addımlar atırıq. Şirkətlərimizin Rumıniyaya investisiyaları 8 milyard dollara yaxınlaşıb. Biz enerji sahəsində də əməkdaşlığımızın artırılması yollarına diqqət yetirdik. Müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığımız Rumıniya ilə əlaqələrimizin mühüm sütunlarından birini təşkil edir.” – deyə Ərdoğan vurğulayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər