Texnologiyada inhisarlaşma imkan bərabərliyinə zərər verir – Kacır

Texnologiyada inhisarlaşma imkan bərabərliyinə zərər verir – Kacır

Bakı. TurkicWorld:

Texnologiyada inhisarlaşma imkan bərabərliyinə zərər verir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Elm və Texnologiya Siyasətləri Nazirləri Toplantısında deyib.

“Müəyyən dövlətlərin və şirkətlərin texnologiya üzərində monopoliyaya sahib olması demokratik dəyərlərə, xüsusən də imkan bərabərliyinə zərər verir.” – deyə nazir qeyd edib.

O, Türkiyənin elm, texnologiya və innovasiya sahələrində yaxşı təcrübə nümunələrini açıqlayıb və beynəlxalq əməkdaşlığa açıq olduqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, nazir Kacır Parisə iki günlük səfəri çərçivəsində OECD-nin Baş katibi Mathias Cormann, Almaniyanın Təhsil və Elm Naziri Bettina Stark-Watzinger, Xorvatiyanın Elm və Təhsil Naziri Radovan Fuks, Sloveniyanın Ali Təhsil, Elm və İnnovasiyalar Naziri İqor Papic və Rumıniyanın Araşdırma, İnnovasiya və Rəqəmsallaşma naziri İvan Boqdan ilə ikitərəfli görüşlər keçirib.

Hafiz Rufizoğlu