Türkiyə kosmosda hibrid raket mühərrikini işə salan ilk ölkə olacaq - Kacır

Türkiyə kosmosda hibrid raket mühərrikini işə salan ilk ölkə olacaq - Kacır

Bakı. TurkicWorld:

Türkiyə "Ay Layihəsi" çərçivəsində kosmosda hibrid raket mühərrikini işə salmağı bacaran ilk ölkə olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

"Kosmik iqtisadiyyat sürətlə inkişaf edir. Kosmik iqtisadiyyatın həcmi hər il 600 milyard dollara yaxındır və 1 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır. Texnologiyada paradiqma dəyişiklikləri kosmosa girişi daha da mümkün edib. 10 il əvvəl kosmosa 100 peyk göndərilirdisə, indi ildə 2 min peyk kosmosa göndərilir. Hibrid raket mühərriki texnologiyasında müvəffəqiyyət qazana bilsək, məqsədimiz orbitlər arasında peyk ötürəcək kosmos vasitələri istehsal etmək və inkişaf etdirmək, həmçinin, Türkiyə olaraq kosmos iqtisadiyyatından pay almaqdır”, - deyə o vurğulayıb.

X: Lamanasadli01