Bakı. TurkicWorld:
"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) Mərmərə dənizində 7 hissədə neft kəşfiyyatı lisenziyası üçün müraciət edib.
TurkicWorld-un məlumatına görə, Türkiyənin Enerji və təbii sərvətlər nazirliyinin mədən və neft işləri baş idarəsi (MAPEG), TPAO-nun Mərmərə dənizində 7 hissədə neft kəşfiyyatı lisenziyası üçün müraciət etdiyini açıqlayıb.
MAPEG bildirib ki, TPAO Mərmərə dənizində üç hissədə neft kəşfiyyatı lisenziyası almaq üçün sentyabrın 15-də müraciət edib.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Aytac Süleymanova






