Son dəqiqə

Türkiyə Mərmərə dənizi gəmi Çanaqqala Boğazı Seysmik aktivlik Oruç Rəis gəmisi

Türkiyənin Oruç Rəis gəmisi Somalidə neft axtarışlarını tamamlayıb

BAKI, TurkicWorld

“Oruç Rəis” seysmik tədqiqat gəmisi Somalidəki uğurlu missiyadan sonra Çanaqqala boğazından keçib.

TurkicWorld xəbər verir ki, Somalidə ilk qitələrarası missiyasını uğurla tamamlayan “Oruç Rəis” seysmik tədqiqat gəmisi bu gün səhər saatlarında Çanaqqala boğazından keçərək Mərmərə dənizinə istiqamətlənib.

Gəmi oktyabrın 4-də Filyos limanından yola çıxmış, 234 günlük missiya ərzində Somalinin 3 dəniz blokunda 4464 kvadrat kilometrlik ərazidə üç ölçülü seysmik məlumatlar toplamışdı.

Moqadişuda təşkil olunan vida mərasimindən sonra iyunun 15-də yola çıxan gəmi Süveyş kanalını keçərək bu gün saat 08:25-də Ege dənizindən Çanaqqala boğazına daxil olub. Yerli vaxtla saat 10:00 radələrində “Sancar”, “Ataman”, “Zağnospaşa” gəmiləri və “TCG Gediz” ilə “TCG Turgutreis” freqatlarının müşayiəti ilə Çanaqqalanın qarşısına gələn “Oruç Rəis”, boğazın ən çətin nöqtəsi sayılan Nara döngəsini keçdikdən sonra Filyos limanına doğru hərəkət edib.

Gəminin iyulun 3-ü səhər saatlarında İstanbul Boğazını keçməsi, iyulun 4-də isə Filyos limanında lövbər salaraq texniki baxım və təmirə başlanılması planlaşdırılır.

Mövzuya görə xəbərlər