Son dəqiqə

İsrail Qəzza zolağı Türkiyə XİN

Türkiyə XİN İsrailin Qəzzadakı xəstəxananı bombalamasını qınayıb

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzadakı xəstəxananı bombalamasını qınayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN sosial media hesabından paylaşım edib.

“Bu gün Qəzzada bir xəstəxananın hədəfə alınması nəticəsində yüzlərlə fələstinlinin həyatını itirməsi qəbuledilməzdir. Bu vəhşi hücumları ən sərt şəkildə qınayırıq. Birbaşa mülki insanları hədəf alan, xəstəxana və məktəbləri vuran zehniyyətin beynəlxalq hüquq və vicdan qarşısında cavab verməsi qaçınılmazdır” – deyə paylaşımda bildirilib.

Məlumat üçün qeyd edək ki, bu gün İsrail Qəzza zolağında yerləşən Əl Əhli və Əl Məmmədani xəstəxanalarını və Əl-Maqazi Qaçqınlar Düşərgəsindəki UNRWA-ya bağlı məktəbi bombalayıb.

Hücum zamanı 800-dən çox şəxs həyatını itirib.

Bildirək ki, həyatını itirənlərin sayının artması gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər