Bakı. TurkicWorld:
Tacikistan və Azərbaycan 7 əməkdaşlıq sənədləri imzalayıb.
TurkicWorld xəbər verir ki, sənədlər Bakıda keçirilən "Azərbaycan-Tacikistan" biznes forumunda imzalanıb.
Forumda xüsusən aşağıdakı sənədlər imzalanıb:
1. Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi ilə "Anglo Asian Mining" arasında əməkdaşlıq memorandumu;
2. Tacikistan Respublikasının Dövlət Sənaye-İxrac Bankı "Sanoatsodirotbonk" və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında Anlaşma Memorandumu;
3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Kənd Təsərrüfatı sahəsində Kadrların Rəqəmsallaşma və İxtisas Artırma Mərkəzi" Dövlət Unitar Müəssisəsi arasında kənd təsərrüfatı sahəsində innovasiyalar üzrə əməkdaşlıq haqqında niyyət protokolu;
4. "Talco" ASC ilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu;
5. Tacikistan Respublikası Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında Yeni Sənaye Texnologiyalarının Layihələndirilməsi üzrə Konstruktor Mərkəzi ilə "Baku Steel Company" QSC arasında Anlaşma Memorandumu;
6. Tacikistanın "Avesto Group" MMC şirkəti ilə "Azkompozit" MMC arasında əməkdaşlığın genişləndirilməsinə dair Memorandum;
7. Tacikistanın "Tour TJ" şirkəti ilə "Turizm.az" MMC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Memorandum.