Bakı. TurkicWorld:
Qəzzada mülki şəxslərə yardımları davam etdirilir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türk Qızıl Aypara Cəmiyyəti açıqlama verib.
Türk Qızıl Aypara Cəmiyyəti tərəfindən edilən yazılı açıqlamada qarşıdurmaların Qəzzada yardım ehtiyacının artmasına səbəb olduğu və Qəzzada yaşayan sakin qrupunun imkanlar daxilində ehtiyacları qarşılamağa çalışdığı bildirilib.
“Hazırda Qəzza zolağına keçid olmadığı üçün yerli personal Qəzzada mülki şəxslərə humanitar yardım çatdırır. Bölgəyə daha çox yardımın çatdırılması üçün cəhdlər göstərilir. Təhlükəsiz humanitar yardım dəhlizi yaradıldıqdan sonra yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edilərək ehtiyacı olan daha çox insana yardım çatdırılacaq.”- deyə açıqlamada bildirilib.
Hafiz Rufizoğlu







