Bakı. TurkicWorld:
Türkiyə prezidentinin baş müşaviri səfir Akif Çağatay Kılıç Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bagger ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, bu barədə Kılıç öz sosial media hesabında paylaşım edib.
“Mən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi, səfir Tomas Baggeri və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul etdim. Görüşümüz zamanı iki ölkə arasındakı münasibətləri, regional məsələləri və beynəlxalq gündəmdəki son hadisələri müzakirə etdik.” – deyə paylaşımda qeyd olunub.
Hafiz Rufizoğlu





