Akif Çağatay Kılıç Ceyk Sallivan ilə telefon danışığı aparıb

Akif Çağatay Kılıç Ceyk Sallivan ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Akif Çağatay Kılıç sosial media hesabında paylaşım edib.

Görüş zamanı qlobal problemlər, Ukrayna, İraq və Kipr kimi bir çox regional məsələlər müzakirə edilib və bunlar haqqında fikir mübadiləsi aparılıb.

Prezidentin baş müşaviri, ABŞ Nümayəndələr Palatasının üzvləri Co Vilson, Din Fillips və Viktoriya Sparts ilə də görüşüb.

Hafiz Rufizoğlu