Türkiyədə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

Türkiyədə Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib

Bakı. TurkicWorld:

Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç ABŞ Dövlət Departamentinin İnzibati işlər üzrə müşaviri və siyasi məsələlər üzrə müşaviri Con Bass, ABŞ-ın Ankaradakı səfiri Cefri Fleyk və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib.

Bundan əlavə, İsrailin fələstinlilərə hücumları, Rusiya-Ukrayna münaqişəsindəki son vəziyyət, İran və İsrail arasında baş verən son hadisələr və Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

X: Lamanasadli01