Son dəqiqə

Türkiyə BMT Rusiya Ukrayna Vladimir Putin Rəcəb Tayyib Ərdoğan Akif Çağatay Kılıç Qara dəniz taxıl sazişi

Türkiyənin məqsədi mövcud taxıl dəhlizini yenidən aktivləşdirməkdir – Kılıç

Bakı. TurkicWorld:

Türkiyənin məqsədi mövcud taxıl dəhlizini yenidən aktivləşdirməkdir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç deyib.

"Rusiya tərəfi geri çəkildiyini bəyan etsə də, gözlədiyi kimi müəyyən şərtlər yerinə yetirilərsə, davam edə bilər. Ukrayna tərəfinin isə müzakirələrin davam etməsi yönündə problem yoxdur. Dəhlizin aktivləşdirilməsi üçün danışıqlar davam edir.” – deyə Kılıç bildirib.

Kılıç xarici işlər naziri Hakan Fidanın Rusiyaya səfər edəcəyini, səfərin əsas mövzularından birinin taxıl dəhlizi olacağını bildirib.

O qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan qısa zamanda Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər