Son dəqiqə

Türkiyə ABŞ Akif Çağatay Kılıç

Akif Çağatay Kılıç ABŞ nümayəndə heyəti ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidentinin müşaviri Akif Çağatay Kılıç ABŞ nümayəndə heyəti ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidentinin müşaviri Akif Çağatay Kılıç öz sosial media hesabında paylaşıb.

Kılıç, ABŞ Prezidentinin Qlobal İnfrastruktur və Enerji Təhlükəsizliyi üzrə Xüsusi Koordinatoru Amos J. Hochstein, ABŞ-ın Ankaradakı səfiri Ceff Flake və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Məlumat üçün qeyd edək ki, görüşdə iki ölkə arasındakı əlaqələr və regional məsələlər, enerji və infrastruktur məsələləri müzakirə olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər