Son dəqiqə

Türkiyə İsrail Akif Çağatay Kılıç

İsraili mühakimə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik

Bakı, TurkicWorld

İsrail hökumətini mühakimə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç deyib.

O, Türkiyənin Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım işinə müdaxilə etməsi ilə bağlı müraciətinə münasibət bildirib.

“İsrail hökumətinin dünyanın gözü qarşısında törətdiyi vəhşi soyqırımı ilə bağlı etdiyimiz müraciət hər şeydən əvvəl bizim humanitar vicdanımızdır. Netanyahu hökumətinə qarşı atdığımız bu addım beynəlxalq dəstəyin artırılması istiqamətində mühüm addım təşkil edir.” - deyə Kılıç qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər