Son dəqiqə

NATO Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler

Yaşar Güler ​​NATO Müdafiə Nazirləri Toplantısına qatılacaq

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ​​NATO Müdafiə Nazirləri Toplantısında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə nazirliyi açıqlama verib.

Yaşar Güleri Melsbroek hava limanında Türkiyənin NATO yanındakı daimi nümayəndəsi Zeki Levent Gümrükçü, Türkiyənin Brüsseldəki səfiri Bekir Uysal, general-leytenant Göksel Kahya və Belçika rəsmiləri qarşılayıblar.

Məlumat üçün qeyd edək ki, Güler sessiyalarda iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər