Ərdoğan Avstriya kansleri Nehammeri rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Avstriya kansleri Nehammeri rəsmi mərasimlə qarşılayıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə rəsmi səfərə gələn Avstriyanın baş naziri Karl Nehammeri rəsmi mərasimlə qarşılayıb.

TurkicWorld-un məlumatına görə, Ərdoğan və Nehammer mərasim sahəsində yerlərini aldıqdan sonra 21 artilleriya atəşi ilə iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə tarixdə qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də olub.

Ərdoğan və Nehammer təkbətək və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirəcək.

Keçiriləcək görüşdə Türkiyə ilə Avstriya arasında ikitərəfli münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi də nəzərdə tutulur.