Son dəqiqə

Avstriya Azərbaycan Mərkəzi Bankı İnvestisiya imkanları

Avstriyanın Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi açıqlandı

Bakı. TurkicWorld

2025-ci ildə Avstriyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 50,359 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 26,582 milyon ABŞ dolları və ya 2,1 dəfə azalıb.

Belə ki, hesabat ilində Avstriyadan daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 0,4% təşkil edib.

2024-cü ildə Avstriyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 23,777 min ABŞ dolları olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 6,595 milyard ABŞ dollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9 milyon ABŞ dolları və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən birbaşa xarici investisiyaların həcmi 2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Mövzuya görə xəbərlər