Bakı. TurkicWorld:
Gömrük İttifaqı sazişinin mövcud şərtləri nəzərə alaraq yenilənməsinin Türkiyə-Avstriya iqtisadi əlaqələrini sürətləndirəcəyinə inanıram.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Avstriya kansleri Karl Nehammer, Avstriyanın Əmək və İqtisadiyyat naziri Martin Kocherin iştirak etdiyi "Türkiyə-Avstriya İş Şurasının Dəyirmi Masa Toplantısı"nda çıxışı zamanı bildirib.
"Türkiyə Avstriyalı investorlar üçün xarici bazar deyil. Avstriya şirkətləri buraya son 20 ildə təxminən 11 milyard dollar sərmayə qoyub. Türkiyədə fəaliyyət göstərən minə yaxın Avstriya şirkəti 23 minə yaxın iş yeri yaradıb. Biz qarşıdakı dövrdə bu investisiyaların sayını artırmaq və mövcud investisiyaların miqyasını genişləndirmək üçün əməkdaşlığa hər zaman hazırıq", - deyə o qeyd edib.
Nazir Kacır onu da vurğulayıb ki, iki ölkə arasında xüsusilə də bərpa olunan enerjiyə investisiyalar və texnologiya sahəsində əməkdaşlıq üçün böyük imkan var.
"Digər tərəfdən, mövcud viza müraciətləri Avropa texnologiya və innovasiya ekosisteminin mərkəzində olan sahibkarlarımıza və mühəndislərimizə maneə yaradır. Ümid edirəm ki, Türkiyə ilə Avropa İttifaqı arasında dialoq üçün bu yaxınlarda yaradılan baza ilə biz bu sahədə konkret addımlar görəcəyik”, - deyə o əlavə edib.
Ləman Əsədli
Twitter: Lamanasadli01