İlon Mask Teknofest-ə qatılacaq

İlon Mask Teknofest-ə qatılacaq

Bakı. TurkicWorld:

İlon Mask gələn il Teknofest-ə qatılacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Tesla və SpaceX şirkətinin qurucusu İlon Mask öz twitter hesabında bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğana dəvətinə görə təşəkkür edirəm. Gələn il Teknofest-də iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm." - deyə Mask paylaşımda qeyd edib.

Qedy edək ki, o, Teknofest-də iştirak edən yarışmacılarıda təbrik edib.

Xatırladaq ki, sentyabr ayının 18-də keçirilən görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kosmos proqramı çərçivəsində atılan addımlarda SpaceX ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı İzmirdə keçiriləcək TEKNOFEST-ə dəvət edib.