Son dəqiqə

Vətən müharibəsi Cevdet Yılmaz Zəfər parkı Türkiyə Azərbaycan qardaşlığı

Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz Zəfər parkını ziyarət edib

Bakı, TurkicWorld

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.

TurkicWorld xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.

Mövzuya görə xəbərlər