Son dəqiqə

Azərbaycan Ümumilli Lider Heydər Əliyev Cevdet Yılmaz

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Bakı,TurkicWorld

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib.

TurkicWorld xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.

Mövzuya görə xəbərlər