
Bakı. TurkicWorld:
Zəlzələdən zərər çəkən bölgələrdə yeni yaşayış yerləri inşa ediləcək.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Concordia Sammitində açıqlama verib.
“Biz 1-2 il ərzində zəlzədən zərər çəkən bölgələrdə vətəndaşlar üçün yeni yaşayış məskənləri inşa edəcəyik” – deyə Ərdoğan bildirib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Mərakeş və Liviyada baş verən fəlakətlərlə bağlı yardım təklifi edilib.
“Komandalarımızla Mərakeş və Liviyaya sürətli yardım göstərməyə hazır olduğumuzu bildirdik. Liviyaya 3 təyyarə və 3 gəmi göndərdik. İstənilən halda hər cür yardım göndərməyə hazır olduğumuzu bildiririk”- deyə o əlavə edib.
Hafiz Rufizoğlu