Bakı. TurkicWorld:
Çanaqqala boğazında baş verən yanğın səbəbilə ikitərəfli dəniz nəqliyyatı bağlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya öz rəsmi sosial media hesabında açıqlama verib.
Nazir Yerlikaya onu da bildirib ki, Çanaqqala-Çan şosesi ehtiyat məqsədilə mülki avtomobillərin hərəkəti üçün bağlanıb.
"Bölgəyə 2 min 659 canlı qüvvə, səkkiz təyyarə, 26 helikopter, 240 su çəni, 71 su tankeri, 328 tikinti texnikası göndərilib və ümumilikdə 1251 nəfər təxliyə edilib", - deyə A.Yerlikaya əlavə edib.
Qeyd edək ki, dünən Çanaqqala vilayətində meşə yanğını baş verib.
Ləman Əsədli
Twitter: Lamanasadli01