Son dəqiqə

Türkiyə taxıl dəhlizi Abdulkadir Uraloğlu

"Taxıl dəhlizi" vasitəsilə Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub - Uraloğlu

Bakı. TurkicWorld:

"Taxıl dəhlizi" vasitəsilə Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

"1 avqust 2022-2023-cü il tarixləri arasında daşınan taxılın ümumi miqdarının 32 milyon tondur. Türkiyə limanlarının qəbul etdiyi taxılın həcmi isə 3 milyon 659 min tondur. Türkiyə ən çox taxıl daşınan üçüncü ölkə olub. 44 ölkənin yer aldığı siyahıda 987 gəmidən 290-ı Türkiyə bayraqlıdır", - deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.

Mövzuya görə xəbərlər