Son dəqiqə

İsrail Livan Yaxın Şərq Livan Ordusu Mülki Müdafiə axtarış-xilasetmə Zəvtər əl-Qərbiyyə

Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail qoşunlarının bölgədən geri çəkilməsinin ardından Livanın cənubundakı Zəvtər əl-Qərbiyyə qəsəbəsində aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından dörd nəfərin cəsədi çıxarılıb.

TurkicWorld xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına əsasən, mülki müdafiə qüvvələri aşkar edilən dörd cəsədin tibbi ekspertiza üçün xəstəxanaya təhvil verildiyini açıqlayıb.

Mülki müdafiə xidməti bildirib ki, İsrail qoşunlarının bölgədən çıxması və ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində Livan ordusunun əraziyə yerləşdirilməsindən sonra qəsəbəyə qayıdan sakinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Qurumun açıqlamasına görə, mütəxəssislər dağıntılar altında qalanların axtarışını davam etdirir, eyni zamanda yaşayış məntəqəsində təhlükəsizlik risklərinin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Hadisə ilə bağlı ölən şəxslərin kimliyi və onların ölüm şəraiti barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Axtarış-xilasetmə əməliyyatlarının yaxın günlərdə də davam etdiriləcəyi bildirilir.

Mövzuya görə xəbərlər