Son dəqiqə

İran ABŞ Yaxın Şərq Pentaqon Sepah hərbi aviasiya Fars Körfəzi Regional gərginlik

SEPAH ABŞ hərbi təyyarələrinin məhv edildiyini iddia edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarında bir sıra hərbi təyyarə və pilotsuz uçuş aparatlarının məhv edildiyini iddia edib. Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

TurkicWorld xəbər verir ki, SEPAH-ın sözçüsü yarırəsmi Fars xəbər agentliyində dərc olunan bəyanatında İranın həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-ın regiondakı bazalarında yerləşən hərbi aviasiya vasitələrinin sıradan çıxarıldığını bildirib.

Bəyanata əsasən, hücumlar zamanı 17 kəşfiyyat və əməliyyat təyinatlı pilotsuz uçuş aparatı, anqar daxilində yerləşən bir F-15 qırıcı təyyarəsi, bir P-8 dəniz patrul təyyarəsi, bir C-17 hərbi nəqliyyat təyyarəsi və səkkiz havada yanacaq doldurma təyyarəsinin məhv edildiyi iddia olunur.

SEPAH bu iddiaları dəstəkləyən hər hansı görüntü və ya sübut təqdim etməyib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib və məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Regionda gərginliyin davam etdiyi bir vaxtda tərəflərdən gələn hərbi bəyanatların operativ şəkildə müstəqil yoxlanılması mümkün olmur.

Mövzuya görə xəbərlər